İlk cinsi yaxınlıq yeniyetmələr üçün
böyük əhəmiyyət daşıyır.
Bu yaşda hər hansı bir cinsi yaxınlıq oğlanlar üçün kişi
olmanın ən əsas göstəricisi və qürur mənbəyi hesab edilir.
Qızlar üçün bu, tamam fərqli bir haldır. Oğlanlardan fərqli olaraq,
qızların gizli saxladığı, utandıqları bir məsələdir.
Ancaq qızlar üçün də gələcəkdə yaşayacağı
ilk cinsi yaxınlıq xüsusi əhəmiyyətlidir. Qızlar üçün
ilk cinsi yaxınlıq daha duyqusal məna kəsb etdiyindən onların həmin
şəxsi sevdiyim adlandırması normaldır. Qızlar oğlanlardan fərqli olaraq,
ilk cinsi yaxınlıqlarını izah etdikdə daha çox mənfi, sərt
reaksiayla qarşılaşarlar. Duyğusal bir məsələ
olduğu üçün qızların keçirdiyi bu hisslərə
günahkarlıq, utanc, qorxu və qayğı da daxildir.
Bəs ilk cinsi yaxınlıq nə vaxt yaşanmalı? İnsan fiziki və psixoloji
cəhətdən hazır olduqda. Yeniyetməlik dövrü bunun üçün
uyğun bir dövr deyil. Çünki yeniyetməlik riskləri sevən bir dövrdür.
Cinsi yaxınlıqda riskləri nəzərə almaq yoluxucu xəstəliklərə
yoluxmaq, hamilə qalmaq kimi ciddi problemlərə yol aça bilər.
Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz.
Sağlam bir cinsəllik üçün fiziki cəhətdən tam inkişaf etmək
və bunun məsuliyyətini öz öhdənə götürə biləcək
qədər böyümək lazımdır. Cinsi yaxınlıq
böyüməyin təsdiqi ola bilməz » Geri Qayıt Qoy.Az