Sevən insan qısqanar kəlməsini bir kənara atıb, kişilərin hansı
əskikliklərindən ötəri qısqanclıq etdiklərini anlamamız
lazımdır. Çox insan, qısqanmaq sevginin göstəricisidir desə də
qısqanclıq; bəzən dağıdıcı, məcburedici,
alçaldıcı problemlərə gətirib çıxaran, xəstəlik halına
çevrildiyində həyatı çəkilməz edən bir davranış ola bilir.
Əslində insanın təbiətində olan qısqanclıq hissi, tərk edilmə
təhlükələrinə və sədaqətsizliyə qarşı bir
müdafiə etmə vasitəsi olaraq inkişaf edir insanda. Böyüməmiş
kişilər Uşaqlıq dövründə təzyiqləmə mexanizmləri
tam mənasıyla dövrəyə girmədiyindən, uşaqlar
sərbəstcə, heç bir məhdudlaşdırmaya getmədən
qısqanclıq hislərini sərgiləyirlər. Ancaq böyümək,
qısqanclıq daxil bütün hiss və impulsları idarə altına almağı
öyrənməkdir. Hamımız bilirik ki kişilərin bir qisimi böyümənin
tələb etdiyi bacarıqlara tam olaraq sahib ola bilmirlər. Kim idi o
danışdığın adam?, Bu paltar çox açıq deyil?,
Harada idin? kimi qısqanclıq əlaməti suallarla həyatı zindan edə
bildikləri də bir həqiqətdir. Halbuki qısqanclıq, nəticələri
qarşı tərəfi zədələmədiyi müddətcə
əlaqəni qidalandırıcı və zənginləşdirici ola bilər.
Özünə güvən problemi
Kişinin davamlı həyat yoldaşından şübhə etməsi, onu
izləməsi, hər sözünün altında başqa bir məna
axtarışı, gerçəkdə etibarsızlıq hissinin əlamətidir.
Həm özünə həm də sevdiyi qadına olan etibarsızlıq.
Bu etibarsızlıq, içdən içə bir qorxuya çevrilər. Laqeydlik edilmə,
tərk edilmə, yoldaşını itirmə, onu başqa bir kişilə paylaşma
qorxusuna Çatışmazlıq hissi Uşaqlığında valideynlər
sevgisini tam olaraq hiss edə bilməmişdir, davamlı tənqid olunmuş kişilər,
yetkin olduqlarında yaşadıqları əlaqədə özlərini qeyri-kafi hiss
edə bilərlər. Ətrafdakı hər hansı bir kişinin özlərindən
daha maraqlı bir şəxsiyyət xüsusiyyətinə sahib olduğunu
düşündüklərində, həyat yoldaşlarını
sorğulayıcı suallar soruşaraq qısqanclıq davranışı
sərgilərlər. Qısqanılan qadın nə edər?
Əvvəl kişi yoldaşlarından uzaqlaşar; hətta bütün
yoldaşlarından uzaqlaşa bilər. Nə də olsa yoldaşı onu sevdiyi
üçün, onun sevgisinin hər şeyə çatacağını,
yoldaşa ehtiyacı olmadığını düşünərək
həyatına yalnız həyat yoldaşıyla davam edər.
Təbii burada ağla gələn sual budur: Nə zamana qədər iki insan bir-birinə
çata bilər? Qısqanılan qadın, sırf həyat yoldaşıyla dincliyi
pozulmasın deyə həyat yoldaşının məhdudlaşdırmalarına
boyun əyər, mənasız istəklərinə bağlı qalar.
Küçədə həyat yoldaşıyla problem yaşamamaq üçün
davamlı yerə baxaraq gedər məsələn. » Geri Qayıt Qoy.Az