Kişiləri əldə etmək çətin deyil ancaq söz mövzusu
kişiləri əldə tutmaq olduğunda işlər dəyişir.
Bir kişini ovucunuzun içinə asanca ala bilərsiniz, ancaq onu orada zəbt etməniz
çox da asan olmayacaq. Kişiləri əldə tutmaq üçün, onların
könüllərini tez-tez oxşamaq lazımdır. Kişilərdə eqo ən
yüksək səviyyədədir .Siz qadınlara da düşən vəzifə
tez-tez bu eqonu bəsləməkdir. Edəcəyiniz şey əslində o qədər
sadə ki sevimli xanımlar
Kişilər, onların sevdiyi sözləri söyləyin.
Bir kişini əlinizdə tutmaq üçün, onu öz sərhədlərinizdən
uzaqlaşdırmamalısınız. Bunu etmək üçün də şirin
dildən faydalanmalısınız. Kişilər xoş sözləri
eşitməyi sevirlər. Yoldaşınıza ya da sevgilinizə arada bir çox
yaraşıqlı bir kişi olduğunu söyləyin.
Bəli, bəlkə də heç yaraşıqlı bir kişi deyil.
Hətta yaraşıqlı sözü üzərində dişini ağarda bilər.
Amma biz qadınlar, bir kişinin yaraşıqlı
olduğunu söyləyəcəyiksə inandırmağınıda bilərik..
Hər kişi yaraşıqlı olmaq, heç olmasa özünü
yaraşıqlı hesab etmək istəyər. O halda zaman-zaman ona yaraşıqlı,
cazibədar, əl çatmaz bir kişi olduğunu söyləyin və bu
şəkildə sizin ona heyran olduğunuzu sanaraq yanınızda qalmağa davam etsin.
Sizə hədiyyə aldığında, evə çörək gətirdiyində,
Sizi getmək istədiyiniz yerə çatdırdığında,
Sizə pul verdiyində və s. ona içdən bir təşşəkkürü
çox görməyin. Təşəkkür edirəm, sağ ol əzizim,
yaxşı ki varsan, əlinə sağlıq, çox gözəl etdin kimi
sözlər söyləyərək onun ürəyini oxşaya bilərsiniz.
Kişilər təşəkkürü sevirlər..
Sənə güvənirəm, yanından özümü yaxşı hiss
edirəm, məni xoşbəxt edirsən, hər vaxt səninləyəm, bir problemin
olsa, mənimlə paylaşa bilərsən, kimi cümlələr kişiləri
xoşbəxt edər.. Mütəxəssislər, qadınların bu
səhvlərdən uzaq dayanmalarını tövsiyə edirlər.
Kişilər danışmağı sevmir Bir az susqun olan kişidən,
davamlı üstünə gedib, inadla, hər şeyin yolunda olub
olmadığını soruşmaq tərs reaksiyaya gətirib çıxarır.
Mütəxəssislər, kişilərin, qadınlar qədər çox
danışmağı sevmədiyinə və tək başlarına da
çox xoşbəxt ola bildiyinə diqqət çəkir.
Duyğularınıza hakim olun Sizdən daş kimi duyğusuz olmağınız
gözlənilmir, yetər ki mübahisələr əsnasında
duyğularınıza hakim olun. Kişilər gözyaşlarından
təsirlənər və heç bir kişi bir qadını ağlatmaq istəməz.
Yoldaşlarınıza izah etdiyiniz şeylər mövzusunda çox diqqətli
olmalısınız. Siz unuda bilərsiniz və ya bağışlaya bilərsiniz amma,
yoldaşlarınız sizə edilən haqsızlıqları asan unutmazlar. İzah
etdikləriniz mənfi olmasa da, sevgilinizlə əlaqədar olan bütün sirlərinizi
ortaya tökməkdən çəkinməlisiniz. Bəzi hadisələr tək sizin
aranızda qalmalıdır. Çox irəli getməyin Kişilər
duyğularını qadınlar qədər asan göstərə bilməz.
Çox irəli gedib getmədiyinizi anlamaq üçün əvvəl bir
təcrübə aparın. Əlindən tutun və ya çiyininə əlinizi qoyun
və necə bir reaksiya verəcəyinə fikir verin. Əgər
çox yaxınlıqdan narahat deyilsə deməli heç bir problem yoxdur.
Amma hərəkətlərinizə qarşı utancaq davranırsa, onu çox
məcbur etməyin. » Geri Qayıt Qoy.Az