Amerikalı alimlərin araşdırması zamanı bəlli olub ki,
qarındakı piylər təkcə görünüşə deyil,
yaddaşa da təsir edir. Elmi araşdırmalar nəticəsində
qarında piyin yığılması ilə yaddaş zəifliyi arasında
bağlılığın olduğu aşkarlanıb. Bu araşdırmaların
nəticəsi Scientific Amerikan jurnalında dərc olunub. Amerika alimlərinin fikrincə
qarındakı piy adamlarda qocalara xas, yaddaş, nitq, beyin funksiyalarının
pozğunluğu kimi xəstəlik yaradır. Elmi araşdırmaya görə
demensiya adlanan bu xəstəliyə yekəqarın kişilərin böyük bir
qismində rast gəlinib. Qarın nahiyəsindəki piyin yandırılmasından sonra
insanın ciyərinin zülaldan istifadə etməsi məlum olub. Zülalın ilk
növbədə yaddaşın formalaşmasında və fəaliyyətində
iştirak edən əsas komponent olduğunu söyləyən alimlər belə olan
halda ciyərin çatışmayan komponentləri digər orqanlardan
aldığını müəyyən ediblər.
Aparılan son araşdırmalara əsasən yaddaşın
zəifləməsi ilə yanaşı, piylənmədən əziyyət
çəkən insanlarda qocalan zaman marazm xəstəliyinin əmələ
gəlməsi qorxusunun arıqlara nisbətən 3,6 dəfə çox olur.
Alimlər bunun qarşısını almaq üçün aktiv həyat tərzi,
idman və sağlam qidanı məsləhət görürlər. » Geri Qayıt Qoy.Az