Dünya Sağlamlıq Təşkilatının məlumatına görə
ciddi xəstəliklərə səbəb olan siqaret, daha çox qadınlara mənfi
təsir göstərir. Dünyanın bütün səhiyyə orqanlarında bu
problemin həlli üçün lazımi tədbirlər görülməyə
başlayıb. Eyni zamanda siqaretə qarşı təbliğat kampaniyaları
güclənib. Məlumata görə Amerikanın Los Angles
şəhərində elektron siqaretdən istifadə edənlər barəsində
xüsusi qanun qəbul ediləcək. Bununla bağlı artıq cəmiyyətə
açıq sahələrdə elektron siqaret istifadəsini qadağan edən layihə
yekdilliklə qəbul olunub. Siqaret narkomanları arasında vaping olaraq bilinən elektron siqaretin
qadağası New York, Boston və Çikaqodan sonra Los Angelesdə olub.
Bu tip istehsalçılar isə gerçək siqaretə alternativ olaraq çıxarılan
məhsulda tüstünün zərərli olduğuna dair dəlilin
olmadığını qeyd edib. Buna baxmayaraq aparılan tədqiqatlardan siqareti buraxma
üsullarından biri kimi görülən və batareya ilə işləyən elektron
siqaretdə maye nikotinin olduğu aşkarlanıb » Geri Qayıt Qoy.Az