Hər dəfə üzü qırxandan sonra dəridə qızartılar
əmələ gəlir. Əgər bahalı üzqırxan maşını
da bu problemi aradan qaldırmırsa, üzün hansı vasitə ilə
qırxdığına diqqət yetir.
Təraş zamanı əzvay (aloe) ekstraktlı köpüklərdən istifadə
etmək məsləhədir. Əzvay dərini nəmləndirməklə
yanaşı,həm də üzü sürüşkən edir.
Beləcə ,üzü qırxarkən ülgücü bir yerə bir neçə
dəfə çəkməyə ehtiyac olmur. Çünki bu, dəridə
qızartı əmələ gətirir. 1. Üzü tüklərin əksi
istiqamətinə qırxmaq və ülgücü tez-tez suyun altında yaxalamaq
lazımdır. 2. Təraşdan sonra dəriyə tərkibinində spirt olan losyon
sürtməklə ona antibakterial təsir göstərəcəyinizi
düşünürsüz. Amma əslində,spirt dərini yandırır.
3. Üzünüzü tez-tez sabunla yuyursuz? Sabun təmizlikdən çox üzə
problem yaradır. Sabun üzün təbii yağını qurudur. Yağdan məhrum
olmuş dəri daha çox piy ifraz edir. 4. Kişilərin üzlərinə krem
sürtmək kimi vərdişləri yoxdur. Sabun əvəzinə üzü gel
ilə yumaq daha faydalı olar. Əgər dərinizi daha təmiz etmək
istəyirsizsə,onu mütəmadi olaraq tərkibində salisil turşusu və ya
beta-hidroksil maddəsi olan civzə üçün vasitələrlə yuya bilərsiniz » Geri Qayıt Qoy.Az