Hər bir kişi əcnəbi qadınla tanış olmağı arzulayır.
Bunu necə etməyin doğru yolunu isə çox az kişi bilir.
Əcnəbi xanımla tanış olmaq istəyənlərə
sadə məsləhət: onlara yaxından bələd ol ki, necə tanış
olacağını öyrənəsən. Braziliyalı:
Braziliyalı xanımlar çox eqoist, utanmaz, açıq-saçıqlığı
sevən və inadkardırlar. Əgər gecə klubunda və ya başqa bir yerdə
belə xanım görsən, ona yaxınlaşmağa dəyməz. Əgər
onu bəyənirsənsə, gözlərini ona yönəldib, gülümsə.
Baxışlarla onu bəyəndiyini göstər. Əgər onun da səndən
xoşu gəlirsə, sənin yaxınlaşmağını
gözləmədən özü yanına gələcək.
Hətta yanında başqa xanım olsa belə, buna əhəmiyyət
verməyəcək. İspan: Əgər ispan bir qadından xoşun
gəlirsə, romantik hərəkətlərlə onu tez bir zamanda ələ ala
bilərsən. İspan kişiləri qətiyən romantik olmurlar, onların
işi-gücü puldan, işdən danışmaqdır. Buna görə də
ispan qadınlarının əksəriyyəti münasibətlərində romantik
ab-havanın çatışmadığından şikayətlənirlər.
Əgər ispan bir qadınla görüşə gedirsənsə, qətiyyən
gecikmə. Çalış, ona arzulanan olduğunu sübut edəsən. Fransız: Fransız qadınlarının qəlbini qazanmaq
üçün keçəl olmaq vacibdir. Çünki fransız xanımları əsl
kişinin keçəl olduğunu düşünürlər. Onlar daz kişiləri
çox ehtiraslı, əla tərəf-müqabili hesab edirlər. Buna görə də
əgər fransız bir xanımla tanış olmaq istəyirsənsə,
mütləq başını keçəl qırxdırmalısan. Yapon: Deyilənə görə, yapon qadınları çox romantik olurlar.
Yapon bir xanımla tanış olduqda ilk görüşdə onunla nə
cür münasibətdə olmaq istədiyini büruzə vermə. İlk
görüş zamanı öz ölkəndən, havadan, yeməklərdən
danış. Beləcə, yapon xanımın sənə olan marağı və
istəyi artacaq. Yox, əgər ilk görüşdən onu yatağa uzandırmağa
çalışsan, səndən qaçacaq. İlk görüş zamanı onu kofe
və şirniyyat verilən kafeyə dəvət et » Geri Qayıt Qoy.Az