Araşdırmalar nəticəsində məlum olub ki, gec yaşda ata olmaq
uşaqda müəyyən xəstəliklər yaradır.
Mütəxəssislərin fikrincə gənc yaşda ata olan kişilərlə
müqayisədə, gec ata olanların uşaqları arasında, şizofreniya və
otizm xəstəliyinə daha çox rast gəlinir. Beləki, qadının yaşı
artdıqca onun uşaq dünyaya gətirmə prosesi çətinləşdiyi kimi, eyni
hal kişilər üçün də keçərlidir. Bəzi alimlərin fikrincə, 35
yaşdan sonra kişilərin ata olmaq ehtimalı azalır. 40 yaşından sonra isə bu
şans sıfra doğru enməyə başlayır. Buna görə də onlar
söyləyirlər ki, gec yaşda ata olanlar dünya gələcək körpənin
həyatını riskə atırlar » Geri Qayıt Qoy.Az