Azerbaycan Respublikasinin Şəhidləri Haqqında ---- Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan
birinin dəfn mərasimindən çəkilmiş şəkilləri gördükdə, hisslərimə qapılaraq bu yazını yazmaq qərarına gəldim
Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi
Bir ata cənazənin yarında donub qalıb, axı övladını öz əlləri ilə torpağa tapşıracaq. Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı.
Min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi,
vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir.
Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır.
Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”.
Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, - deyir, oğlunun nəşi üstünə
sərilən bayrağımızdan, onun əsgər yoldaşlarından təskinlik tapır...
Hər kəs baş əyir məzarının önündə, səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni deyir.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa,
bu, xalqımızın böyüklüyüdür.
Şəhid verməyən xalqın mənliyi olmaz.
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.
Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.---- Ana Səyfə